Yəmən Ordusunun hərbi informasiya qərargahı (Əl-Elam əl-Hərbi) Qırmızı dənizdə işğal olunmuş Fələstin limanlarına girişi qadağan edən qanuna məhəl qoymadığı üçün hədəf alınan Yunanıstanın SOUNION gəmisinə hücumun yeni görüntülərini yayıb.
Yəmən sülh danışıqlarında Sənanın nümayəndə heyətinin rəhbəri və Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-səlam çərşənbə günü axşam saatlarında Ənsarullahın zədələnmiş neft tankeri "Sounion"un dənizdən çıxarılması ilə razılaşdığını bildirərək deyib: “Bu razılaşma Avropa tərəfləri ilə danışıqlardan və Qırmızı dənizdə ekoloji fəlakətin yaranması ilə bağlı narahatlıqlardan sonra əldə edilib.”
Sizin rəyiniz